Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Akademik Zərifə Əliyeva - mənəvi ucalığın zirvəsində dayanan alim

0

  •         Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbdə təhsil almışdır.Xeyirxah insanlar haqqında belə deyirlər ki, xoşbəxt ulduz altında dünyaya göz açıb. O ulduz ki, Tanrının taleyinə yazdığı ömür yolunu elə həmin ulduzun şəfəqləri ilə işıqlandırır, başqalarına da pay verir.İlin gözəl fəslində, 1923-cü il aprelin 28-də dünyaya gələn, 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşan, gözəl insan, qayğıkeş həkim Zərifə xanım Əliyeva ömür salnaməsinə gözəl əməllərdən başqa heç nə yazılmayan şəfqətli əllər sahibi olmaqla kamil, xeyirxah insan kimi də hamının hörmətini qazananlardan idi. Peyğəmbərimiz buyurub ki, elm sənin məsləhətçin, mülayimlik dostun, əql bələdçin, səbr isə başçın olmalıdır. Bu keyfiyyətləri şəxsiyyətində birləşdirən Zərifə xanım kamillik nümunəsi idi.İnsanların ən yaxşısı xalqa daha çox fayda verəndir. Bu sözlər sanki tanınmış oftalmoloq Zərifə xanım Əliyeva haqqında deyilib. Həyatının mənasını insanlara səadət, şəfa, ən qiymətli nemət olan sağlamlıq bəxş etməkdə görən Zərifə xanım haqqında danışılanda istər-istəməz çoxlarının ürəyindən keçən bu sözlər yada düşür: “O, ömrünün mənasını xəstələrinə xidmətdə, onların dərdinə şərik olmaqda görürdü. Xəstələrinin simasında ikinci həyatını yaşayan, bilik və bacarığını tibbin ən çətin sahəsində sınayan, əməlləri ilə insanlığın zirvəsinə ucalan şəfqətli xanım ifadəsinin işlədilməsi daha doğrudur.”Elmi axtarışları, zəngin təcrübəsi ilə respublikamızda tibbin oftalmologiya sahəsinin əsasını qoyan Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisasartırma  kursunda təcrübə qazanmışdır. Daim yenilik həvəsi ilə çalışan gənc mütəxəssis kimi Azərbaycan Oftalmologiya Elmi Tədqiqat İnstitutunda həkim-ordinator işləsə də, dünyada tətbiq olunan tibb elminin ən müasir texnologiyalarını təcrübədə sınaqdan çıxarmaqla öz sözünü deməyi də bacardı.Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri işləməklə görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmitədqiqat laboratoriyasını yaratdı.Zərifə xanım həm də cəfakeş, tələbkar, məsuliyyətli ana idi. Bu gün Prezident İlham Əliyev dünya liderləri arasında tanınıb, adı hörmətlə çəkilirsə, bu yüksəlişdə analıq vəzifəsinin müqəddəsliyini diqqət və qayğısı ilə yerinə yetirən Zərifə xanımın əməyi olmuşdur.Qeyd edim ki, Zərifə Əliyeva 1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr İlham Əliyev dünyaya gəlmişdir.1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.Nəzakət Rüstəmova,Xocalı 4 nömrəli tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib59 dəfə
    Akademik Zərifə Əliyeva mənəvi ucalığın zirvəsində dayanan alim

    Maraqlı gələ bilər
    32
    33
    0